Azarkeşlər De Xeaya inanmır – DÇ-2018

Azarkeşlər De Xeaya inanmır – DÇ-2018
DÇ-2018 17 İyun 2018 / 14:47 4281
-  A +

İspaniyalı azarkeşlərin böyük hissəsi DÇ-2018-in qrup mərhələsinin ilk turunun Portuqaliya ilə oyununda kobud səhvlə yadda qalan David De Xeanın qapıda dayanmasını istəmir.

Qol.az-ın xəbərinə görə, “AS” nəşrinin keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir. Səsvermədə iştirak edən 39917 azarkeşin təxminən 50 faizi çərçivənin Kepa Arrisabalaqaya etibar edilməsinin tərəfdarıdır. 38 faiz azarkeş isə səhvə baxmayaraq, “Mançester Yunayted”in qolkiperini əsas qapıçı kimi görür. Cəmi 5322 tərəfdar isə (12 faiz) Xose Reynaya səs verib.

Qeyd edək ki, De Xea Portuqaliya ilə oyunda Kriştianu Ronaldonun 2-ci qolu zamanı kuryoz səhvə yol verərək, rəqibin 2:1 hesabı ilə önə keçməsinə səbəb olmuşdu. Qarşılaşma isə 3:3 başa çatmışdı.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord