"Mən də Ronaldo kimi olmaq istərdim" - Kosta

"Mən də Ronaldo kimi olmaq istərdim" - Kosta
DÜNYA FUTBOLU 17 İyun 2018 / 10:50 5477
-  A +

İspaniya millisinin hücumçusu Dieqo Kosta Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo ilə bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, Braziliya əsilli ispan futbolçu komandası ilə oyunda het-trik edən Ronaldonu tərifləyib və hətta onun kimi olmaq istədiyini bildirib:

“Kriştianunu təbrik etmək lazımdır. Onu tənqid etmək istəyirdilər, amma görün nə oldu. Ən yaxşısı onu sakit buraxmaqdır. Mən də onun kimi olmaq istərdim. Düşünürəm ki, ağzımı yummalı və daha çox çalışmalıyam”.

Qeyd edək ki, Ronaldo DÇ-2018-in qrup mərhələsinin İspaniya ilə oyununda 3 qol vuraraq, komandasını məğlubiyyətdən xilas edib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı