"Messinin vurduğu penaltilərə çox baxmışdım" - qapıçı

"Messinin vurduğu penaltilərə çox baxmışdım" - qapıçı
DÇ-2018 16 İyun 2018 / 23:28 5342
-  A +

İslandiya millisinin qapıçısı Hannes Halldorsson DÇ-2018-in qrup mərhələsinin ilk turunda Argentina ilə oyunu (1:1) şərh edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, rəqib komandanın kapitanı Lionel Messinin penalti zərbəsini dəf edən qolkiper deyib:

"Bu, çox həyəcanlı an idi. Matçdan əvvəl gərgin idim. Çünki dünyanın, bəlkə də futbol tarixinin ən yaxşı oyunçusuna qarşı oynayacaqdım. Penaltini dəf etdiyim üçün sevinirəm. Messinin penalti vurduğu videolara çox baxmışdım. Ümumiyyətlə, onun topu hara vuracağını bilmək çətindir. Çünki Messi penaltiləri cürbəcür vurur. Amma mən zərbədən əvvəl onun hara vuracağını hiss etdim və topu qaytara bildim".

Qeyd edək ki, L.Messi 64-cü dəqiqədə penaltini boşa verib.  H. Halldorsson Messinin zərbəsini dəf edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı