Klublarımız dünya reytinqində neçəncidir?

Klublarımız dünya reytinqində neçəncidir?
ÖLKƏ FUTBOLU 16 İyun 2018 / 14:05 4271
-  A +

Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, “clubworldranking.com” saytının hazırladığı siyahıda Azərbaycanın 4 komandası yer alıb.

Hesabında 1169 xal olan “Qarabağ” təmsilçilərimiz arasında yenə birincidir. Ağdam klubu açıqlanan ötən siyahıda olduğu kimi, yenə 526-cı sırada qərarlaşıb.

“Keşlə” 368 xalla 717-ci (-1), “Qəbələ” 255 xalla 747-cü (1), “Zirə” isə 217 xalla planetin 774-cüsüdür (-1).

Qeyd edək ki, siyahıya 16378 xalla Madrid “Real”ı başçılıq edir. “Barselona” 15485 xalla 2-ci, “Qremio” (Braziliya) 14679 xalla 3-cüdür.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın