Qrizmann “Atletiko”da qaldı

Qrizmann “Atletiko”da qaldı
XƏBƏR 15 İyun 2018 / 00:41 3059
-  A +

Antuan Qrizmann gələcək karyerası ilə bağlı qərarını açıqlayıb. 

Qol.az xəbər verir ki, fransız hücumçu “Atletiko”da qalmaq qərarına gəlib. Bununla bağlı Qrizmann Tvitterdəki səhifəsində yazıb:

“Mənim azarkeşlərim, mənim komandam, mənim evim. Mən layihə, transferlər barədə məlumat aldım. Bu, əladır. Rəhbərlik hər şeyi edəcək ki, komanda inkişaf etsin və Çempionlar Liqasını qazansın.

Dünya çempionatına yollanmamışdan 1 gün öncə qalmaq qərarına gəldim. Təzyiq hiss edirəm və hər kəsə sübut etmək istəyirəm ki, səhv etməmişəm. Kluba və komanda yoldaşlarıma güvənirəm”.
Qeyd edək ki, daha əvvəl Qrizmannın yeni mövsümdən “Atletiko”da çıxış edəcəyi deyilirdi.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın