Bakı Futbol Liqasından əla fürsət!

Bakı Futbol Liqasından əla fürsət!
XƏBƏR 14 İyun 2018 / 22:58 4074
-  A +

Bakı Futbol Liqasının yeni, 2018/19 mövsümünün endirimli qeydiyyatı başlayıb.

Qol.az-ın xəbərinə görə, 15 iyun -15 iyul tarixlərində BFL 2018/19 mövsümü üçün qeydiyyatını tamamlayan komandalar daha az ödəniş etməklə 9 aylıq futbol bayramının iştirakçısı ola bilərlər.

Qeyd: “Endirimli qeydiyyat” hər hansı reklam xarakteri daşımır, çoxlu sayda istəklər nəzərə alınaraq daha az büdcəli komandaların liqadan kənarda qalmaması üçün belə komandalara mümkün qədər şərait yaradılır.

Ölkəmizdə futbolsevərlərin sevimlisinə çevrilmiş 8x8 formatlı futbolun təməlini qoyan Bakı Futbol Liqası 2017/18 mövsümünü uğurla başa vurmuş və çempion olan “İdman Azərbaycan” komandasını Rusiyaya Continental Football League-də iştirak etməyə göndərmişdi. Bununla da BFL, həvəskar liqalar arasında öz çempionunu xaricə göndərərək beynəlxalq arenada ölkəmizi təmsil etmək haqqı verən ilk qurum olaraq ölkə tarixinə adını qızıl hərflərlə yazdırdı.

Bakı Futbol Liqasında meydanda hər komandadan 8 nəfər mübarizə aparır. Daha çox “böyük futbol”un qaydalarını özündə cəmləyən BFL iştirakçıların da rəğbətini qazanmışdır.

Qeydiyyatla bağlı daha ətraflı məlumat əldə etmək üçün;
Tel: +99450 6712005


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki