Reşford yenə məşqi buraxdı

Reşford yenə məşqi buraxdı
DÇ-2018 14 İyun 2018 / 15:16 2377
-  A +

İngiltərə millisinin futbolçusu Markus Reşford komandasının növbəti məşqini buraxıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, artıq ikinci gündür ki, məşqlərə qatıla bilmir. Dizindən zədəli olan gənc hücumçunun mundialın ilk oyununda Tunisə qarşı əsas heyətdə oynamayacağı gözlənilir. Ən yaxşı halda, onun ehtiyat oyunçular skamyasında ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, İngiltərə - Tunis matçı iyunun 18-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər