"Yox" desəydim, özümü bağışlaya bilməzdim" - Fernando Yerro

"Yox" desəydim, özümü bağışlaya bilməzdim" - Fernando Yerro
XƏBƏR 14 İyun 2018 / 13:53 3914
-  A +

"Biz dünya kuboku üçün mübarizə aparmağa gəlmişik. Bunun üçün gözəl imkanımız var. Oyunçular həyəcanlıdırlar. Bu, hər kəs üçün çətindir. Onlar bütün gücünü meydanda ortaya qoyacaqlar. Dünya çempionatında heç nəyə zəmanət verilmir".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri İspaniya millisinin yeni baş məşqçisi Fernando Yerro DÇ-2018 oyunları öncəsi deyib.

O, yığmaya keçidi barədə də danışıb: "Federasiya prezidenti mənə bu barədə deyəndə 3 variantım var idi. Heç nə deməmək, başqa məşqçi axtarmağı təklif etmək və razılaşmaq. Mən bu təklifə "yox" deyə bilməzdim. Çünki mən bunu özümə bağışlaya bilməzdim".

Qeyd edək ki, F.Yerro dünən İspaniya millisinə baş məşqçi təyin edilib. O, istefaya göndərilən Xulen Lopeteqini əvəzləyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı