"Qəbələ"də yeni məşqçi

"Qəbələ"də yeni məşqçi
GÜNDƏM 13 İyun 2018 / 22:09 5866
-  A +

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan milli komandasında məşqçi kimi fəaliyyət göstərib.

 

Daha çox


Son xəbərlər