Lopeteqinin qovulması “Real”ı təzminatdan xilas etdi

Lopeteqinin qovulması “Real”ı təzminatdan xilas etdi
XƏBƏR 13 İyun 2018 / 18:17 4905
-  A +

“Real” yeni baş məşqçisi Xulen Lopeteqiyə görə İspaniya Futbol Federasiyasına təzminat ödəməyəcək.

Qol.az-ın xəbərinə görə, bu barədə “AS” nəşri məlumat yayıb. İddiaya görə, 51 yaşlı mütəxəssisin millidən istefaya göndərilməsi “kral klubu”nu 2 milyonluq təzminatdan xilas edib.

Qeyd edək ki, bu gün yığmadan qovulan Lopeteqini “Real”ın sabiq futbolçusu Fernando Yerro əvəzləyib.
 

Daha çox


Son xəbərlər