İspaniya millisində yeni baş məşqçi - rəsmi

İspaniya millisində yeni baş məşqçi -  rəsmi
DÇ-2018 13 İyun 2018 / 16:06 7288
-  A +

İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın İspaniya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, millinin sabiq üzvü Fernando Yerro dünya çempionatında komandaya rəhbərlik edəcək.

Yerro bu vəzifədə bu gün istefaya göndərilən Xulen Lopeteqeni əvəzləyib.

Qeyd edək ki, Yerro buna qədər İspaniya Futbol Federasiyasında idman direktoru idi. 1989-2002-ci illərdə millinin formasını geyinən veteran müdafiəçi 89 oyuna 29 qol vurub.

Daha çox


Son xəbərlər