"Real" yeni baş məşqçisi üçün təzminat ödəyəcək

"Real" yeni baş məşqçisi üçün təzminat ödəyəcək
XƏBƏR 13 İyun 2018 / 09:45 4607
-  A +

"Real" yeni baş məşqçisi Xulen Lopeteqi üçün İspaniya Futbol Federasiyasına təzminat ödəyəcək.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, 51 yaşlı mütəxəssislə vaxtından əvvəl müqaviləyə xitam veriləcəyi üçün federasiya Madrid klubundan 2 milyon avro alacaq. Bununla bağlı X.Lopeteqinin müqaviləsində qeyd olunub.

Qeyd edək ki, hazırda İspaniya millisinin baş məşqçisi olan X.Lopeteqi DÇ-2018-dən sonra "Real"ı çalışdıracaq.

Xatırladaq ki,  X.Lopeteqi ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord