Mundialın ilk təyinatları açıqlandı

Mundialın ilk təyinatları açıqlandı
DÇ-2018 12 İyun 2018 / 20:45 4926
-  A +

DÇ-2018-in ilk hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirin açılış oyunu olan Rusiya – Səudiyyə Ərəbistanı matçını argentinalı hakimlər idarə edəcək.

İyunun 14-də “Lujniki”də keçiriləcək qarşılaşmanın baş hakimi Nestor Pitana olacaq. Ona Xuan Pablo Belyati və Ernan Maydana kömək edəcəklər. Dördüncü hakim isə braziliyalı Sandru Riççi olacaq.

Qeyd edək ki, Rusiya – Səudiyyə Ərəbistanı matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı