Səmədov Azərbaycan millisindən niyə imtina edib?

Səmədov Azərbaycan millisindən niyə imtina edib?
ÖLKƏ FUTBOLU 12 İyun 2018 / 17:38 8507
-  A +

Rusiya mətbuatı Moskva “Spartak”ının yarımmüdafiəçisi Aleksandr Səmədov haqda yazı hazırlayıb.

Qol.az-ın məlumatına görə, “Aleksandr Səmədov – Moskva qeydiyyatlı futbolçu” başlıqlı məqalədə əslən azərbaycanlı futbolçunun karyerasının önəmli məqamlarından bəhs olunur. Səmədovun 5 dəfə komanda dəyişdiyini, amma heç vaxt paytaxtı tərk etmədiyini qeyd edən rusiyalı həmkarlarımız onun Azərbaycandan gələn təklifə “yox” deməsinin səbəblərini də açıqlayıb:

“Hələ 2009-cu ildə Qus Hiddink Səmədovun oyununu qeyd edərək, onun Rusiya millisinə namizədlərdən olduğunu söyləmişdi. Futbolçunun yığmaya dəvət olunacağı gözlənilsə də, gecikirdi. Əvəzində isə atasının bağlılığı olan Azərbaycandan ona təklif göndirirdilər. Səmədov bir neçə dəfə təklifə “yox” demişdi və onu buna atası məcbur etmişdi. Çünki o, oğlunun Rusiya millisinin heyətində dünya və Avropa çempionatlarında oynamasını istəyirdi. Bundan başqa, Səmədov Rusiya çempionatında legioner olmaq istəmirdi”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı