"Sumqayıt"dan rəsmi transfer

"Sumqayıt"dan rəsmi transfer
XƏBƏR 12 İyun 2018 / 17:00 4588
-  A +

"Sumqayıt" 2018/2019 mövsümü üçün növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda son olaraq, “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevi heyətinə qatıb. 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ş.Əliyev “Bakı”, “Qarabağ” və "Qəbələ"də çıxış edib. O, Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.


Son xəbərlər