ÇL-də ilkin mərhələnin püşkü atıldı

ÇL-də ilkin mərhələnin püşkü atıldı
XƏBƏR 12 İyun 2018 / 15:59 7660
-  A +

Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu mərhələdə 4 komanda iştirak edəcək və onlardan yalnız 1-i növbəti mərhələyə adlayacaq. Yeni formata əsasən, əvvəlcə iyunun 26-da yarımfinal görüşləri olacaq. Qaliblər 3 gün sonra final matçında üz-üzə gələcək.

Çempionlar Liqası

Çempionlar Yolu. İlkin mərhələ

"Santa Koloma” (Andorra) - "Drita” (Kosovo)

"La Fiorita” (San-Marino) - "Linkoln” (Cəbəllütariq)

Qeyd edək ki, iyulun 26-da yarımfinal görüşləri, iyunun 29-da isə final matçı olacaq. Qalib komanda I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Məğlub komandalar isə Avropa Liqasının II təsnifat mərhələsinə yollanacaq.

Daha çox


Son xəbərlər