Ronaldo favoritini açıqladı

Ronaldo favoritini açıqladı
DÇ-2018 12 İyun 2018 / 14:32 8346
-  A +

Braziliya millisinin sabiq üzvü Ronaldo DÇ-2018-dəki favoritini açıqlayıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, veteran futbolçu ölkəsinin mundialı qazanmağa əsas namizəd olduğunu bildirib. O, Braziliya ilə yanaşı, Fransa, Almaniya, İspaniya və Argentinanın da turnirə iddialı gəldiyini söyləyib:

“Moskvaya dünən gəlmişəm. Bu şəhər çox xoşuma gəlir. Braziliyada hər kəs mundiala köklənib. Bu, bizim üçün xüsusi çempionat olacaq. Bir çox yığmanın dünyab kubokunu qazanmaq şansı var. Mənim favoritim isə Braziliyadır, çünki özüm də braziliyalıyam. Amma mundialda Almaniya, Fransa, İspaniya və Argentina kimi güclü komandaların da şansı az deyil. Düşünürəm ki, 2002-ci ildən sonra növbəti dünya çempionatını qazanmağımızın vaxtı çatıb”.

Qeyd edək ki, 1998 və 2002-ci il dünya çempionatlarının iştirakçısı olan Ronaldo sonuncu mundialda qalib olub. O, həmçinin turnirin ən sərrast futbolçusu adına sahib çıxıb.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq