"Neftçi"dən növbəti transfer - rəsmi

"Neftçi"dən növbəti transfer - rəsmi
GÜNDƏM 12 İyun 2018 / 12:17 6878
-  A +

"Neftçi”  daha bir transferini rəsmiləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi "ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R. Eyubov ötən mövsümü "Sumqayıt”ın heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də də çıxış edib.

Xatırladaq ki, "Neftçi” bundan əvvəl  müdafiəçi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər