"Qəbələ" 5 futbolçu ilə müqavilə yeniləyir

"Qəbələ" 5 futbolçu ilə müqavilə yeniləyir
GÜNDƏM 11 İyun 2018 / 18:00 4650
-  A +

"Qəbələ" daha 5 futbolçusu ilə müqavilə müddətini uzadacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Qol.az-a verdiyi məlumata görə, “qırmızı-qaralar” Cavid Hüseynov, Asif Məmmədov, Ürfan Abbasov, Rasim Ramaldanov və Aqil Məmmədovla yeni sözləşmə ilə bağlı razılığa gəliblər. Həmin oyunçularla yaxın günlərdə 1 illik rəsmi müqavilə imzalanacaq.

Klub rəsmisi Baqali Dabo ilə isə yeni anlaşma üçün danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, "Qəbələ" daha öncə Dmitri Bezotosnı ilə də müqaviləni uzadıb.

Daha çox


Son xəbərlər