İspaniya millisində ciddi itki – DÇ-2018

İspaniya millisində ciddi itki – DÇ-2018
DÇ-2018 11 İyun 2018 / 14:20 6063
-  A +

Dünya çempionatına Krasnodarda hazırlaşan İspaniya millisi mundial öncəsi ciddi itki ilə üzləşib.

Qol.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, yığmanın aprıcı üzvü Jerar Pike zədələnib. Məşq zamanı sol dizindən xəsarət alan “Barselona”nın müdafiəçisi hazırlığı vaxtından əvvəl tərk edib. Ancaq onun hansı müddətə sıradan çıxdığı açıqlanmayıb.

Qeyd edək ki, DÇ-2018-də yer aldığı B qrupunda ilk oyununu iyunun 15-də Portuqaliya millisinə qarşı keçirəcək İspaniyada Daniel Karvahal da zədələdir. Qrupdakı digər komandalar isə İran və Mərakeş yığmalarıdır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın