“Azərbaycanda kubok qaldırmaq əla olar” – Fikrət Orman

“Azərbaycanda kubok qaldırmaq əla olar” –  Fikrət Orman
GÜNDƏM 11 İyun 2018 / 13:50 4303
-  A +

“Çempionlar Liqası bizdən yüksəkdə dayanır. Xəyala deyil, gerçəyə köklənməliyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Beşiktaş”ın prezidenti Fikrət Orman Türkiyə mətbuatına açıqlamasında deyib.

Klub rəhbəri gələn il Bakıda keçiriləcək Avroliqanın finalının iştirakçısı olmaq istədiklərini və turniri qazanmaq gücündə olduqlarını bildirib: “UEFA kubokunu qaldıra bilərik. Bunu edən komandaların çoxundan əskik deyilik, hətta üstünük. Hara getsək də, azarkeşlərimiz arxamızdadır. Avroliqanın finalı Bakıda olacaq. Azərbaycanda kubok qaldırmaq əla olar. Bunu bacarmaq istəyirik".

Xatırladaq ki, Avropa Liqasının final görüşü gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı