Prezident İlham Əliyev DÇ-2018-in açılışına gedir

Prezident İlham Əliyev DÇ-2018-in açılışına gedir
DÇ-2018 11 İyun 2018 / 13:23 4736
-  A +

Azərbaycan prezidenti İlham Əliyev DÇ-2018-in açılış mərasimində iştirak edəcək.

Qol.az-ın xəbərinə görə, bu haqda Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycan Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Bundan başqa, açılışa Rusiya prezidenti Vladimir Putin və Ermənistanın yeni baş naziri Nikol Paşinyan da qatılacaq.

Xatırladaq ki, açılış mərasimi  iyunun 14-də Rusiyanın “Lujniki” stadionunda təşkil ediləcək. Açılışdan sonra çempionatın ilk görüşü – Rusiya – Səudiyyə Ərəbistanı matçı keçiriləcək.

Daha çox


Son xəbərlər