“Azərbaycan üzərində qələbəni böyütmək lazım deyil” – baş katib

“Azərbaycan üzərində qələbəni böyütmək lazım deyil” –  baş katib
GÜNDƏM 11 İyun 2018 / 11:49 4076
-  A +

“Əlbəttə, Azərbaycanla oyunun hesabı və nəticəsi bizi sevindirdi, amma bunu böyütmək lazım deyil”.

Qol.az-ın “sports.kz” saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojin deyib. Yerli mətbuata müsahibə verən federasiya rəsmisi bir neçə gün öncə U-21 və əsas millimizlə keçirilən yoldaşlıq oyunları haqda fikirlərini bildirib:

“Millətlər Liqasının startına hələ 3 ay var. Milli üzvləri öz optimal formalarını yığmalıdırlar. Qarşıda avrokubok oyunları var. Bunun köməyi ilə qazaxıstanlı futbolçular öik nöqtəyə çata bilərlər. Stanimir Stoilov qısa vaxt ərzində futbolçularda inam formalaşdıra bilib. Onlar da bunun qarşılığını yoldaşlıq oyunlarında artıqlaması ilə verdilər. Ümid edirəm ki, yığma Millətlər Liqasına kimi tam hazır olacaq”.

Qeyd edək ki, Astanada keçirilən oyunlarda U-21 yığmamız qazaxıstanlı həmyaşıdları ilə 1:1 hesablı heç-heçə edib, əsas millimiz isə rəqibinə 0:3 hesabı ilə uduzmuşdu.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı