"Bir daha "Barselona"nı çalışdırmaram" - Qvardiola

"Bir daha "Barselona"nı çalışdırmaram" - Qvardiola
GÜNDƏM 10 İyun 2018 / 18:36 5360
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola heç vaxt “Barselona”nı çalışdırmayacaq.

Qol.az-ın xəbərinə görə, o, bu barədə İspaniyanın “TV3” kanalına müsahibəsində deyib. 47 yaşlı mütəxəssis hazırda həm özünün, həm də sabiq komandasının çox dəyişildiyini bildirib:

“Nə mən əvvəlki Qvardiola, nə də “Barselona” əvvəlki “Barselona”dır. 2008-ci ildə çox gözəl bir vaxtda bu komandanın başına keçmişdim. Dünyanın zirvəsində idim. Bəzi mükəmməl futbolçular və klub prezidenti (Xuan Laporta) ilə orada qaldıq. Həmin vaxt qəddar futbolçuların yer aldığı heyətdə dünyanın ən yaxşısı Lionel Messi də var idi”.

Qvardiola jurnalistin “kluba prezident olaraq dönmək istərdinizmi” sualına isə bu cür cavab verib: “Prezident? Yox, mən məşqçiyəm və gördüyüm işdə yaxşılardan biriyəm. Hər şeyi bacarmaq mümkün deyil. Məşqçilikdən sonra siz məni ancaq qolf oynayarkən görə bilərsiniz”.

Çempionlar Liqasını qazana bilməsələr də, “Barselona”nı mövsümün ən yaxşısı adlandıran ispan məşqçi Lionel Messi haqda da danışıb: “Messi ilə tez-tez danışıram. O, bənzəri olmayan futbolçudur. Meydanda heç vaxt şikayət etməz, ancaq xoşlamadığı şeyləri deyər. Meydandan kənarda isə çox sakitdir”.

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı