“Nəticəyə baxmayaraq, çətin matç oldu" - Emin Mahmudov

“Nəticəyə baxmayaraq, çətin matç oldu" - Emin Mahmudov
GÜNDƏM 10 İyun 2018 / 00:35 4604
-  A +

Millimizin üç futbolçusu Latviyaya 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra açıqlama verib .

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Emin Mahmudov nəticəyə baxmayaraq, matçın çətin olduğunu deyib: "Aqressiv oyun göstərə bildik. Məşqçinin istədiyi hücum futbolunu nümayiş etdirə bildik. Düzdür, topu arzulanan səviyyədə idarə edə bilmədik. Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter göstərə bildik".
 
Ruslan Abışov bildirib ki, Qazaxıstan yığmasına məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdilər: "Onlara 0:3 uduzmağımız təsadüfi idi. Bəzi amillər var idi, biz ona hazır deyildik. Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.
 
Maksim Medvedev isə deyib: “Qazaxıstan məğlubiyyəti bizim üçün dərs oldu. Həmin səhvləri etmədik. Canımızı qoyduq. Sona qədər vuruşduq və ən əsası, qolları vura bildik”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı