"Hər kəs "Qarabağ"a 5:0 qalib gələcəyimizi düşünürdü" - Edin Ceko

"Hər kəs "Qarabağ"a 5:0 qalib gələcəyimizi düşünürdü" - <b style="color:red">Edin Ceko</b>
GÜNDƏM 9 İyun 2018 / 20:19 7671
-  A +

"Roma"nın futbolçusu Edin Ceko ötən mövsüm Çempionlar Liqasında keçirdikləri oyunları qısa şərh edib.

Qol.az-ın məlumatına görə, klubun telekanalına danışan 32 yaşlı hücumçu qrup mərhələsinin "Qarabağ"la matçlarını da xatırladıb:

"Hər kəs bizim 4:0 və ya 5:0 hesabı ilə qalib gələcəyimizi düşünürdü. Amma bu, Çempionlar Liqasında asan deyil. İlk hissədən sonra "Qarabağ"ın yaxşı komanda olmadığını fikirləşirdik. Amma ikinci hissədə əziyyət çəkdik. Bu, bizim üçün vacib oyun idi. Çünki 3 xal qazandığımız ilk matç idi".

Qeyd edək ki, "Qarabağ" doğma meydanda "Roma"ya 1:2, səfərdə 0:1 hesabı ilə uduzub.

 

Daha çox


Son xəbərlər
23.10.18  15:30

Ya Konte, ya da Hazard

23.10.18  00:53

"Arsenal"dan qələbə