“Barselona”dan “Bavariya”ya 50 milyonluq təklif

“Barselona”dan “Bavariya”ya 50 milyonluq təklif
XƏBƏR 8 İyun 2018 / 00:02 5654
-  A +

Tiaqo Alkantara tezliklə klubunu dəyişə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi “Bavariya”nın yeni baş məşqçisi Niko Kovaçın planlarına daxil deyil. Bu səbəbdən də Alkantara Münhen klubundan ayrılacaq.

“Barselona” Alkantaranın xidmətində maraqlıdır. “Bavariya” ispan futbolçunun satışından 70 milyon avro qazanmağı düşünür. Lakin bu məbləğ “Barsa”nın ürəyincə deyilə Kataloniya təmsilçisi Alkantara və Lyuka Dini heyətinə qatmaq qarşılığında 50 milyon avro ödəməyə hazırdı.

 


Son xəbərlər