"Braziliya komanda deyil" - Pele

"Braziliya komanda deyil" - Pele
DÜNYA FUTBOLU 7 İyun 2018 / 15:42 6056
-  A +

“Titanın qabiliyyətinə bələdəm. Ancaq bir məsələdən narahatam”.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, bu sözləri Braziliya futbolunun canlı əfsanəsi Pele deyib. Millinin bir neçə gün sonra Rusiyada start götürəcək dünya çempionatındakı şanslarını dəyərləndirən veteran futbolçu komandanın Neymardan asılı olduğunu xatırladaraq, narahatçılığını dilə gətirib:

“Dünya çempionatının başlamasına cəmi bir neçə gün qalıb, bizim isə hələ də normal komandamız yoxdur. Bütün futbolçular ayrı-ayrılıqda yaxşıdılar. Ancaq biz hələ komanda deyilik. Neymar mənə görə dünyanın ən yaxşı futbolçularından biridir. Bu gün o daha da yetkinləşib və təcrübəsi artıb. Amma təkbaşına dünya çempionatını qazana bilməz. Yalnız komandalar sonda kuboka sahib çıxırlar”.

Qeyd edək ki, Braziliya mundialda Kosta Rika, Serbiya və İsveçrə ilə birlikdə E qrupunda mübarizə aparacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord