"İlk 20 dəqiqədə uduzduq" - Qurban Qurbanov

"İlk 20 dəqiqədə uduzduq" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 5 İyun 2018 / 20:38 7584
-  A +

“İlk növbədə qələbə münasibətilə Qazaxıstan millisini təbrik edirəm. Komandamızın problemlərini futbolçularımıza deyəcəm. Qazaxıstan  yaxşı oynadı. Biz ilk 20 dəqiqədə uduzduq. Sonradan toparlansaq da, bu, mənim gözlədiyim oyun deyildi".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Qazaxıstanla səfərdə keçirilən yoxlama oyunundan (0:3) sonra təşkil olunan mətbuat konfransında deyib.

- Qazaxıstan millisi sizi nə ilə təəccübləndirdi?

- Oyunun çətin olacağını bilirdik. Qazaxıstan futbolu hazırda inkişafdadır və bu, təkcə klub səviyyəsində deyil.

- Komandanız erkən qol buraxdıqdan sonra dağıldı. Buna səbəb nə oldu?

- Komandamızın buna hazır olduğunu desəm, inanmayacaqsınız. Ancaq biz bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandamızda bu təzyiqlərin qarşısını almaq üçün güc çatmadı.

- İkinci hissənin ortalarında əvəzləmələr etdiniz. Gənclərə oyun imkanı yaratdınız, yoxsa oyunu xilas edənləri axtarırdınız?

- Xeyr, burada məsələ tamamilə başqadır. Mən heyətdə dəyişiklikər etdim. Əvəzləmələr gələn oyunlarda meydana çıxa biləcəklərini futbolçulara göstərməkdir.

- Qazaxıstan yığmasının heyətində kimi qeyd edərdiniz?

- Qeyd etdiyim kimi, qazaxıstanlılar xüsusən hücumda artırıblar. Komanda topa daha yaxşı nəzarət etməyə, hücumlar qurmağa başlayıb. Hücum xəttindəki oyunçuları qeyd edərdim. Onlar öz oyunları ilə bizə ciddi problemlər yarada bildilər.

- Bir neçə gün əvvəl Qırğızıstana qalib gəlmişdiniz. Qırğızıstan və Qazaxıstan millilərini müqayisə edərdiniz?

- Fərq ciddidir. Lakin müqayisə etmək istəmirəm. Qazaxıstan yığması xeyli güclüdür (Sports.kz).

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki