Ramos finalda Kariusu da zədələyib - iddia

Ramos finalda Kariusu da zədələyib - iddia
DÜNYA FUTBOLU 5 İyun 2018 / 15:45 4874
-  A +

"Liverpul"un qapıçısı Loris Kariusun Çempionlar Liqasının finalında "Real"la matçda beyni silkələnib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, 24 yaşlı qolkiper tibbi müayinədən keçən zaman aşkarlanıb. İkinci hissənin əvvəlində "Real"ın müdafiəçisi Serxio Ramosun Kariusun başına dirsəklə endirdiyi zərbədən sonra beyninin silkələndiyi güman edilir. Məhz bu səbəbdən alman qapıçının Madrid klubu ilə matçda 2 kobud səhvə yol verdiyi ehtimal olunur.

Kariusu tibbi müayinədən keçirən həkim Zafonte də məlumatı təsdiqləyib. O deyib ki, beyin silkələndiyi zaman oyunçular bəsit səhvlərə yol verə bilirlər.

Qeyd edək ki, "Real" ÇL-in finalında "Liverpul"a 3:1 hesabı ilə qalib gəlib. Madrid klubu 2 qolu məhz Kariusun kobud səhvindən sonra vurub.

Xatırladaq ki, S.Ramos finalda "Liverpul"un qol silahı Məhəmməd Salahı da zədələmişdi. Misirli oyunçu Ramosla ikili mübarizə zamanı çiynindən zədə almışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın