Alleqri "Real"ı çalışdırmaqdan imtina etdi

Alleqri "Real"ı çalışdırmaqdan imtina etdi
DÜNYA FUTBOLU 4 İyun 2018 / 17:12 4331
-  A +

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri bu il "Real"ı çalışdırmayacaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis "kral klubu"nun təklifindən imtina edib. Zinəddin Zidanın istefasından sonra boş qalan vəzifəyə Alleqrini gətirmək istəyən Madrid təmsilçisi gözlənilməz cavabla qarşılaşıb. Bu il üçün "Yuventus"da qalmağa söz verdiyini xatırladan italiyalı məşqçi ispanlara "yox" deyib.

Qeyd edək ki, İtaloya mətbuatı bu keçidin gələn yay gerçəkləşəcəyini yazıb. İddiaya görə, növbəti mövsümün sonunda Alleqri "Real"ın, Zidan isə "Yuventus"un baş məşqçisi olacaq.


Son xəbərlər