Aleksandr Səmədov dünya çempionatında - Rusiyanın 23-lüyü

Aleksandr Səmədov dünya çempionatında - Rusiyanın 23-lüyü
DÜNYA FUTBOLU 3 İyun 2018 / 17:04 5972
-  A +

Rusiya milli komandasının dünya çempionatında iştirak edəcək yekun heyəti açıqlanıb.

Qol.az-ın məlumatına görə, baş məşqçi Stanislav Çerçesov 23 nəfərlik yekun heyətə “Spartak”ın Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədovu da daxil edib.

Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov (“Brügge”, Belçika), Andrey Lunyev (“Zenit”).

Müdafiəçilər: Sergey İqnaşeviç, Mario Fernandes (hər ikisi MOİK),  Vladimir Qranat, Fyodor Kudryaşov (hər ikisi “Rubin”), Andrey Semyonov (“Axmat”), İqor Smolnikov (“Zenit”), İlya Kutepov (“Spartak”).

Yarımmüdafiəçilər: Aleksandr Yeryoxin, Yuri Jirkov, Daler Kuzyaev (hamısı “Zenit”), Aleksandr Qolovin, Alan Zaqoev (hər ikisi MOİK), Roman Zobnin, Aleksandr Səmədov (“Spartak”), Yuri Qazinski (“Krasnodar”), Anton Mirançuk (“Lokomotiv”), Denis Çerışev (“Vilyarreal”, İspaniya).

Hücumçular: Artyom Dzyuba (“Arsenal”), Aleksey Mirançuk (“Lokomotiv”), Fyodor Smolov (“Krasnodar”).

Qeyd edək ki, Rusiya millisi ev sahibliyi etdiyi mundialda Uruqvay, Misir və Səudiyyə Ərəbistanı ilə A qrupunda yer alıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı