Zidanın istefasının əsl səbəbləri üzə çıxdı

Zidanın istefasının əsl səbəbləri üzə çıxdı
DÜNYA FUTBOLU 1 İyun 2018 / 12:30 11239
-  A +

Zinəddin Zidanın “Real”dan gözlənilməz gedişinin səbəbləri məlum olub.

Qol.az-ın xəbərinə görə, İspaniyanın “As” nəşri yazıb ki fransalı mütəxəssis klub prezidenti Florentino Peresin onun işini müdaxiləsinə görə istefa verib. Bildirilib ki, F.Peresin Zidanın razılığı olmadan “Atletik”dən Kepe Arrisabalaqa, “Bavariya”dan Robert Levandovski və PSJ-dən Neymarı transfer etmək cəhdləri baş məşqçini özündən çıxarıb. Çünki Zidan həmin futbolçuların keçidində maraqlı olmayıb.

Bundan başqa, Kriştiano Ronaldo və Qaret Beylin komandakı gələcək taleyinin sual altında olması və mövsümün gedişində ardıcıl uğursuz nəticələrdən sonra rəhbərliyin dəstəyindən məhrum olması, əvəzində Maurisio Poçettino və Yoahim Löv kimi məşqçilərin adlarının klubla birgə hallanması da Zidanın qərarına təsir edib.

Qeyd edək ki, Zidan dünən keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord