"Futbolçulara dedim ki..." - Zidan

"Futbolçulara dedim ki..." - Zidan
XƏBƏR 27 May 2018 / 02:38 8719
-  A +

"Beyl meydana çıxdı və etməli olduqlarını etdi. Ronaldonun Turindəki qolunun eynisini vurdu. Biz xoşbəxtik. Futbolçulara dedim ki, bu bayramın hər dəqiqəsindən həzz alsınlar. Bu, inanılmaz seriyadır. Söz tapa bilmirəm!".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək kuboku qazandıqları oyundan sonra deyib.

O, komandanın hücumçusu Kriştiano Ronaldonun mümkün gedişi ilə bağlı isə bunları bildirib: "İndi bunu müzakirə etməyin vaxtı deyil. Çünki bu anları yalnız bir dəfə yaşayırıq".

Qeyd edək ki, "Real" tarixində 13-cü, arıdıcıl isə 3-cü dəfə ÇL-in qalibi olub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı