"Final matçında start heyətdə olmadığım üçün çox məyus idim. Çünki əsas heyətdə oynamağa layiq olduğumu düşünürdüm. Ancaq qərararı məşqçi verir. Bacardığımın ən yaxşısını etdim. Çempionlar Liqasının ən yaxşı qollarından birini vurdum".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın futbolçusu Qaret Beyl Çempionlar Liqasının finalında "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək kuboku qazandıqları oyundan sonra deyib.
Dubla imza atan uelsli oyunçu böyük uğura nail olduqlarını vurğulayıb: "İspaniya çempionatı bizi məyus etdi, amma Çempionlar Liqasının qalibi olduq. Bu, əla mövsümdür".
Q.Beyl gələcək karyerasını yayda agenti ilə müzakirə edəcəyini da söyləyib: "Mən hər həftə oynamaq istəyirəm. Bu mövsüm belə olmadı. 5-6 həftə zədəli oldum. Yayda agentimlə gələcək karyeramı müzakirə edəcəm".
Qeyd edək ki, Beyl 61-ci dəqiqədə İskonun əvəzinə meydana daxil olub. O, 64 və 83-cü dəqiqələrdə qol vurub.
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar