Yenidən "Qalatasaray"ın prezidenti seçildi

Yenidən "Qalatasaray"ın prezidenti seçildi
DÜNYA FUTBOLU 26 May 2018 / 21:29 3287
-  A +

“Qalatasaray”da keçirilən prezident seçkisinin nəticələri açıqlanıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Mustafa Cengiz yenidən klubun rəhbəri seçilib. 16 sandıqdan ümumilikdə 2062 səs toplayan iş adamı son 4 sandığın nəticəsindən asılı olmayaraq, prezidentliyi təmin edib.

Qeyd edək ki, prezidentlik üçün M. Cengizdən başqa, Dursun Özbək, Ozan Korkut və Ali Fatinoğlu namizədliyini irəli sürmüşdü.

Son xəbərlər