Yığmamız yenə Bolqarıstana uduzdu

Yığmamız yenə Bolqarıstana uduzdu
XƏBƏR 26 May 2018 / 20:00 1813
-  A +

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası növbəti  yoldaşlıq oyununu keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Yığmamızın qolunu Sona Rəhimova vurub.

Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş oyun da eyni hesabla bolqarıstanlı futbolçuların xeyrinə başa çatmışdı.


Son xəbərlər