"Real" güclüdür, amma hələ "Liverpul"la qarşılaşmayıb" - Klopp

"Real" güclüdür, amma hələ "Liverpul"la qarşılaşmayıb" - Klopp
GÜNDƏM 25 May 2018 / 23:08 5000
-  A +

"Çempionlar Liqasının finalında oynamaq ciddi uğurdur. Bu turnirin finalına qalmaq bir məşqçinin bacaracağı ən çətin nailliyətlərdən biridir. Məşqçi olaraq çoxlu hazırlaşmaq lazımdır. Amma əsas sakitliyi saxlamaqdır. Bundan əvvəl Çempionlar Liqasının final matçında daha çox emosional idim.  Bu şans həyatda bir dəfə olur. Ən azı bunu sonradan hiss etdim. "Borussiya"nı çalışdırarkən finalda "Bavariya"ya qarşı fantastik oynadıq. O matçdan sonra bilirdim ki, bir daha belə şansım olacaq. Bu şansı mənə futbolçularım verdilər".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"la oyun öncəsi bugünkü mətbuat konfransında deyib.

O, rəqib komandanın baş məşqçisi Zinəddin Zidan haqda müsbət fikirlər səsləndirib: "Zidan dünya futbolunun beş ən yaxşı oyunçusundan biridir. O, "Real"la neçə dəfə Çempionlar Liqasının kubokunu qazanıb. Zidan əsl döyüşçüdür. Onunla futbolçu olduğumuz dönəmdə tez-tez qarşı-qarşıya gəlmirdik".
Y.Klopp bildirib ki,  final matçında təcrübə çox önəmlidir: "Buna görə "Real" daha üstündür. Ancaq hər şey meydanda həll olunacaq. "Real" çox güclüdür, ancaq onlar hələ "Liverpul"la qarşılaşmayıblar.

Biz "Liverpul"uq. Bu cür matçlar qanımızda var. Böyük zəfərlərə öyrəşmişik.Səviyyə baxımından "Real"la rəqabət apara bilmərik. Ancaq taktika ilə səviyyə fərqini yox edə bilərik".

Alman mütəxəssis futbolçusu Məhəmməd Salah barədə də danışıb: "Salah bu mövsüm möhtəşəm idi. Onun Ronaldo və Messinin səviyyəsinə çıxıb-çıxmayacağı növbəti mövsüm bilinəcək. Bu, asan deyil. Əks təqdirdə, bu, iki futbolçunun yanında başqa oyunçular da olardı".

Y.Klopp onu da deyib ki, oyunçularının əksəriyyəti sabahkı matçdan əvvəl gərgin olacaqlar: "Amma bu normaldır. Çox məsuliyyətli oyundur. Amma bu, təkcə futbol matçıdır.

Finalda qələbə qazanmaq üçün hər bir komandanın bir az şansa ehtiyacı var. Bu, bizə də aididr. İstənilən sınağa hazır olmaq lazımdır".

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı