Mayın 20-də «U-15 Liqası»nda 2017/18-ci illər mövsümünə yekun vurulub.
Qol.az xəbər verir ki, çempionat başa çatdıqdan sonra «Het-trik news» qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə Liqada iştirak edən 15 komandanın məşqçiləri arasında apardığı sorğunun nəticələrini açıqlayıb.
Qaydalara əsasən hər məşqçi çalışdırdığı komandadan olmamaq şərtilə 5 futbolçunun adını çəkə bilərdi. Siyahıya uyğun olaraq adları çəkilən futbolçular 1-5 xal qazanırdılar. Sorğunun nəticəsinə əsasən, «Qəbələ»nin hücumçusu Kamal Kazımov 24 balla mövsümün ən yaxşı futbolçusu seçilib. 2-ci yerə 20 xal toplayan Əbil Əbilov («Keşlə»), 3-cü yerə isə 18 xalla Cəlal Hüseynov («Zirə») layiq görülüblər. İlk «beşliy»i Cəlaldan 1 xal az toplayan Mehrac Baxhəliyev («Qəbələ») və Əli Tağıyev («Keşlə») qapayıb.
Ümumilikdə, sorğuda 32 futbolçunun adı çəkilib. Onlardan 8-i «Qəbələ»nin, 6-ı «Keşlə»nin, 5-i «Vətən»in şərəfini qoruyur. Həmçinin, «Zirə» və «Neftçi»nin 3, «Kəpəz» və «Viləş»in 2, «Qarabağ», «Səbail» və İsgəndər Cavadov BFA-nın 1 futbolçusunun adı siyahıda yer alıb.
Mövsümün ən yaxşı futbolçusu olan Kazımov Kamal Kamil oğlu 2003-cü il yanvarın 6-da Bakıda anadan olub. 2015-ci ildə Nəbi Xanciqazovun rəhbərliyi altında futbolda ilk addımlarını atıb. Daha sonra bir müddət Azər Cabbarovun yanında futbolun sirlərinə yiyələnib. 2016-cı ilin yanvarında «Qəbələ»yə keçib. Bir müddət Rüfət Mədətovun rəhbərlik etdiyi komandada oynayan Kamal hazırda Rakif Əliyevin çalışdırdığı «Qəbələ»nin U-16 komandasının üzvüdür. O, eyni zamanda U-16 millimizin də futbolçusudur.
«Het-trik news» qəzeti Kamal Kazımova mükafatı yanvar ayının 31-də «Vətən» Futbol Məkbətinin keçirdiyi «Respublika Günü» turnirinin finalından sonra təqdim edəcək.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır