“Keşlə” - “Qəbələ”: finalı kimlər buraxacaq?

“Keşlə” - “Qəbələ”:  finalı kimlər buraxacaq?
XƏBƏR 25 May 2018 / 14:40 2896
-  A +

Mayın 28-də Azərbaycan kubokunun finalında “Qəbələ” “Keşlə” ilə üz-üzə gələcək.

Qol.az-ın hər iki klubunun mətbuat xidmətindən aldığı məlumata görə, komandalar meydana itkilərlə çıxacaq.

“Qəbələ”dən müdafiəçi Ürfan Abbasov və hücumçu Ruslan Qurbanov cəzalı durumda olduğu üçün həlledici oyunu buraxacaq.

“Keşlə”də də iki itki var. Yarımmüdafiəçi Fuad Bayramov cəzalı, müdafiəçi Cabir əmirli isə zədəlidir.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı