Kliçko ÇL-in finalından danışdı

Kliçko ÇL-in finalından danışdı
XƏBƏR 25 May 2018 / 01:17 3491
-  A +

Kiyev şəhərinin meri, ötənlərin məşhur boksçusu Vitali Kliçko mayın 26-da keçiriləcək Çempionlar Liqasının finalından danışıb.

Qol.az-ın AS-a istinadən yaydığı xəbərə görə, Kliçko bildirib ki, qitənin ən mötəbər klub turnirinin həlledici qarşılaşmasına ev sahibliyi etmək Ukrayna paytaxtı üçün çox müsbət haldır:

“Bu, Kiyevi növbəti dəfə dünyaya tanıtmaq üçün yaxşı şansdır. Bilirəm ki, hazırda bütün merlər mənə həsəd aparırlar. Bu, bizim tariximizdə çox müsbət məqamdır”.

Kliçko azarkeşlik etdiyi klubun adını açıqlayıb:

“Mən özüm də futbolla maraqlanıram. “Dinamo”nun fanatıyam. Ümid edirəm ki, Kiyev təmsilçisi də nə vaxtsa Çempionlar Liqasının finalında mübarizə aparacaq”.

“Finalda “Real”, yoxsa “Liverpul” qalib gələcək” sualını isə o, belə cavablandırıb:

“Finalda Kiyev qalib olacaq. Bu cür oyuna ev sahibliyi etmək böyük uğurdur”.

 


Son xəbərlər