İsko “Mançester Siti”nin hədəfində

İsko “Mançester Siti”nin hədəfində
XƏBƏR 25 May 2018 / 00:21 4178
-  A +

“Real”ın yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, “Mançester Siti” ispan futbolçunun xidmətində maraqlıdır.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola düşünür ki, İsko onun komandası üçün çox faydalı ola bilər. İngiltərə klubu keçid üçün 80 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, futbolçu özü “Mançester Siti”yə keçməyə razıdır. Çünki “Real”da daim əsas heyətə düşə bilmədiyindən İsko klubunu dəyişmək fikrindədir.

Əlavə edək ki, ispan yarımmüdafiəçi “Real”da ildə 6 milyon avro qazanır. “Mançester Siti”yə keçəcəyi halda, onun qazancı təxminən 2 dəfə artacaq.

 

Daha çox


Son xəbərlər