Rəşad Sadıqov "Qarabağ"dan ayrılanlar haqda: "Gözüyaşlı gedirlər"

Rəşad Sadıqov "Qarabağ"dan ayrılanlar haqda:  "Gözüyaşlı gedirlər"
ÖLKƏ FUTBOLU 24 May 2018 / 22:00 8400
-  A +

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov komandadan 9 futbolçunun ayrılmasına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, təcrübəli müdafiəçi bu gün jurnalistlərə açıqlamasında bəzi futbolçulara yaxşı təklif gəldiyini deyib:

“Artıq rəqabət aparmaq da olmur. "Qarabağ"ın öz uğuru özünə problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiyimizdən, hamıya təkliflər var. Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdır. Bu cür komandadan, belə ölkələrdən təklif gəlir. Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz İbrahim Şehiçin necə kluba gedəcəyini görəcəksiniz”.

Xatırladaq ki, Ağdam klubu İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirov,  Pedro Enrike və Ramil Şeydayevlə yolları ayırıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord