Çempionlar Liqasının finalı yenidən İstanbulda – 15 il sonra

Çempionlar Liqasının finalı yenidən İstanbulda – 15 il sonra
DÜNYA FUTBOLU 24 May 2018 / 16:38 7544
-  A +

2019-2020 mövsümündə Çempionlar Liqasının finalının keçiriləcəyi şəhər müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, qitənin 1 nömrəli klub turnirinin həlledici oyunu İstanbulda olacaq. Buna UEFA İcraiyyə Komitəsinin Kiyevdə keçirilən iclasında qərar verilib. Görüş Atatürk Olimpiya Stadionunda oynanılacaq.

2020-ci ildə ÇL-in finalını qəbul etməyə digər namizəd şəhər isə Lissabon idi. Atatürk Olimpiya Stadionu ilə "Estadio da Luz" (Lissabon) arasında seçim aparan qitə futbol qurumu səs çoxluğu ilə İstanbulu qalib elan edib. Həmin il Avropa Liqasının finalı isə Polşanın Qdansk şəhərində oynanılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı sonuncu dəfə 2005-ci ildə İstanbulda keçirilmişdi. Əsas və əlavə vaxtı 3:3 başa çatan qarşılşamanın penaltilər seriyasında “Milan”ı məğlub edən “Liverpul” kubokun sahibi olmuşdu.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"