"Barselona" Busketslə müqavilə yeniləyir

"Barselona" Busketslə müqavilə yeniləyir
XƏBƏR 24 May 2018 / 12:57 1529
-  A +

"Barselona" Serxio Busketsin müqaviləsini yeniləməyə hazırlaşır.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, artıq təcrübəli yarımmüdafiəçi ilə danışıqlara start verilib. Dünən futbolçu ilə görüşən klub prezidenti Jozep Bartomeu yeni anlaşmanın detallarını müzakirə edib. Rəhbərlik Busketsin maaşını artırmaqla, onun müqaviləsini 2023-cü ilin yayına qədər uzatmaq istəyir.

Qeyd edək ki, İspaniya millisinin üzvünün kataloniyalılarla hazırkı sözləşməsi 2021-ci ilə qədərdir. Busketsin təzminat qiyməti isə 200 milyon avrodur.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın