“Artıq komandadan gedəcəyimi dəqiqləşdirmişəm” – Amit Quluzadə

“Artıq komandadan gedəcəyimi dəqiqləşdirmişəm” – Amit Quluzadə
ÖLKƏ FUTBOLU 24 May 2018 / 11:43 4631
-  A +

Kosovonun “Drita” klubu ilə ölkə çempionluğu yaşayan Amit Quluzadə Qol.az-a müsahibə verib. Təəssüratlarını bölüşən yarımmüdafiəçi komandadakı gələcəyinə də aydınlıq gətirib.

- Qışda müqavilə bağladığın “Drita” ilə Kosovo çempionu oldun. Təəssüratlarını bilmək maraqlı olardı...

- Əlbəttə ki, Harda olur-olsun, çempion olmaq çox xoşdur. Kosovoya gedəndə də tək hədəfim bu idi. Şükürlər olsun ki, istəyimə nail oldum.

- Artıq 3 aydan çoxdur Kosovodasan. Bu ölkəyə, futboluna uyğunlaşa bilmisən?

- İndiyə kimi bir neçə ölkədə oynamışam. Ona görə də mənim üçün hansısa ölkəyə, onun çempionatına uyğunlaşmaqda problem yoxdur.

- Millətlər Liqası yaxınlaşır. Bilirsən ki, Kosovo ilə eyni qrupda mübarizə aparacağıq. Azərbaycan millisi haqda nə soruşurlar?

- Bizim milli haqda çox danışırlar desəm, yalan olar. Ancaq bəzi şeyləri soruşurlar.

- Bəzi futbolçularımız kimi Azərbaycan üçün hələ darıxmırsan? Yəni, legioner həyatını bitirib, ölkəyə qayıtmağa cəhd etmirsən?

- Yox, darıxmıram. Mənə harda olmağımın fərqi yoxdur. Əsas odur ki, istədiyim yer olsun.

- Onda belə çıxır ki, “Drita”da qalacaqsan...

- Xeyr, qalmayacam. Artıq komandadan gedəcəyimi dəqiqləşdirmişəm.

- Niyə?

- Komanda ilə başa çatan müqaviləmi yeniləmədim. Karyeramı başqa yerdə davam etdirmək istəyirəm.

- Təkliflərin var?

- Bu barədə hələ açıqlama vermək istəmirəm. Vaxtı çatanda hamı biləcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı