"Atletiko"dan Simeone ilə bağlı növbəti şikayət

"Atletiko"dan Simeone ilə bağlı növbəti şikayət
DÜNYA FUTBOLU 24 May 2018 / 10:46 4314
-  A +

"Atletiko" baş məşqçi Dieqo Simeonenin cəzası ilə bağlı İdman Arbitraj Məhkəməsinə şikayət edəcək.

Qol.az-ın AS nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi argentinalı mütəxəssisin UEFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanmasından narazıdır.

Qeyd edək ki, D.Simeone Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk  görüşdə hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb. O, cəzasının 2 matçlıq hissəsini çəkib.  Bu isə o deməkdir ki, D.Simeone UEFA Superkuboku zamanı da texniki zonada olmayacaq.


Son xəbərlər