Konte "Çelsi"dən getmək istəmir

Konte "Çelsi"dən getmək istəmir
XƏBƏR 23 May 2018 / 15:57 2749
-  A +

"Çelsi"nin baş məşqçisi Antonio Konte London klubunu tərk etmək niyyətində deyil.

Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, italiyalı mütəxxəsisin İngiltərə təmsilçisi ilə müqaviləni vaxtından əvvəl pozmaq istəmədiyi bildirilib.

Qeyd edək ki, A.Kontenin "Çelsi" ilə müqaviləsi gələn ilin iyununda başa çatır. London klubu onu istefaya göndərəcəyi təqdirdə, 9 milyon funt sterlinq təzminat ödəyəcək.

Əlavə edək ki, "Çelsi"nin yaxın günlərdə baş məşqçisi ilə bağlı yekun qərar verəcəyi gözlənilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın