"Heç özümün də "Zirə"də qalıb-qalmayacağımı bilmirəm" - Ayxan Abbasov

"Heç özümün də "Zirə"də qalıb-qalmayacağımı bilmirəm" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 23 May 2018 / 14:30 2443
-  A +

"Heç bir futbolçu haqda qərar verilməyib. Onlara nəsə deməmişik. Rəhbərliklə danışdıqdan sonra qərar veriləcək. Müqaviləsi başa çatan futbolçular mayın 31-nə qədər bizimlədir. Bu müddətə qədər fikrimizi bildirəcəyik".

Bu sözləri Qol.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Ababasov deyib.

Serbiyalı yarımmüdafiəçi Milan Duriçin "Zirə"dən ayrılması haqda yayılan xəbərə münasibət bildirən baş məşqçi hələlik özünün də "Zirə"də qalıb-qalmayacağından xəbərsiz olduğunu qeyd edib: "Duriçə demişik ki, mayın 30-na qədər sənə bir söz deyəcəyik. O da bizim cavabımızı gözləyir. İndi mən bilmirəm rəhbərlik nə deyəcək, hansı büdcə olacaq. Plana uyğun hərəkət edəcəyik. Açığı, mən özüm də komandada qalıb-qalmayacağı heç bilmirəm. Ona görə də bir çox suallara cavab vermək çətindir".

A.Abbasov bu gün klub rəhbərliyi ilə görüşəcəyini və bundan sonra hər şeyə aydınlıq gələcəyini bildirib:" 4-5 futbolçumuzdan başqa hamının müqaviləsi başa çatıb. Eləcə də mənim. Bunlar hamısı müzakirə olunmalıdır. Mən də bilməliyəm ki, rəhbərlik qarşıma hansı məqsədi qoyacaq. Ən əsası bilməliyik ki, Avroliqada çıxış edəcəyik, yoxsa yox".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı