“Arsenal” cərimələndi

“Arsenal” cərimələndi
XƏBƏR 23 May 2018 / 01:12 2097
-  A +

İngiltərə Futbol Assosiasiyası “Arsenal”ı cərimələyib.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, London klubu bəzi futbolçuların “Lester”lə oyundakı davranışlarına görə 20 min funt cərimə ödəyəcək.

Matçın 75-ci dəqiqəsində baş hakim Qrem Skott “topçular”ın qapısına penalti təyin edib. Hakimin bu qərarından narazı qalan “Arsenal”lı futbolçular onu əhatəyə alaraq fəal şəkildə mübahisə ediblər.

Klub rəhbərliyi cərimənin məbləğinin azaldılmasına çalışsa da, heç nə dəyişməyib.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı